"Müharibə və qan tökülməsinə son qoyması tarixi bir nailiyyət idi" - PREZİDENT
20 yanvar 2026 19:33 (UTC +04:00)

"Müharibə və qan tökülməsinə son qoyması tarixi bir nailiyyət idi" - PREZİDENT

0

“Ötən ilin avqust ayında iki ölkənin sülh sazişini paraflaması və bununla da otuz ildən çox davam edən müharibə və qan tökülməsinə son qoyması tarixi bir nailiyyət idi”.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Bu sülh müqaviləsinin unikallığı ondadır ki, o, son qanlı toqquşmadan iki ildən az müddətdə imzalandı. Beləliklə, bu, hər iki tərəfin güclü siyasi iradəsi və sülhə sadiqliyi varsa, nisbətən qısa müddətdə barışa biləcəyinizi göstərir. Bu gün imzalananlar praktik nəticələrə çevrilir. Biz nəinki cəmi beş-altı ay sülh içində yaşayırıq, həm də bu vəziyyətdən zövq alırıq. Nə Ermənistan, nə də Azərbaycan müstəqil ölkə kimi heç vaxt sülh içində yaşamayıb. 1991-ci ildə müstəqil olanda artıq hərbi qarşıdurmada idik. Lakin bu gün sülhün faydaları əməkdaşlığın başlanğıcında öz əksini tapır. Birincisi, Azərbaycandan vacib məhsullar, neft məhsulları daşınır. Və özü də qiymətləri aşağı salır. Beləliklə, bəlkə də iki-üç il əvvəl bu, tamamilə ağlasığmaz idi. Amma bu gün bu, reallıqdır. Və düşünürəm ki, heç nə bu prosesə mane ola bilməz. Daha çox etməli olduğumuz şey, düşünürəm ki, hər iki tərəf sülh içində yaşamağın nəticələrini nümayiş etdirməlidir ki, cəmiyyətlərimizin bu prosesə tam dəstəyinin şahidi ola bilək. Amma mən çox nikbinəm, çünki, əslində, əldə edilənlər Ermənistan, Azərbaycan, Cənubi Qafqaz üçün böyük fayda gətirdi və bu, çox dərin, düşmən münasibətlərdə olan ölkələrin indi əməkdaşlıq mərhələsinə necə çevrildiyinin nümunəsini göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar