İsmayıl Xəlilov
28 dekabr 2022 15:22 (UTC +04:00)

İsmayıl Xəlilov

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri o oldu

Bakı Ağır Cinayətlər Məhkəməsinə sədr təyin edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyevin Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında imzaladığı Sərəncama əsasən, İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev bir qədər əvvəl ürək tutmasından dünyasını dəyişib. Sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunmuşdu.

# 3522
avatar

Oxşar yazılar