Qışın əvəzolunmaz yeməyi: Yarpaq xəngəli   resepti – Lent.az-ın mətbəxi
15 noyabr 2022 14:45 (UTC +04:00)

Qışın əvəzolunmaz yeməyi: Yarpaq xəngəli resepti – Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sosial şəbəkədə “Dadli Metbexim” adı ilə tanınan səhifəyə istinadən qışın əvəzolunmaz yeməyi olan yarpaq xəngəlinin hazırlanma qaydasını sizinlə bölüşürük. Dünya mətbəxinin ən ləzzətli yeməklərindən biri olan yarpaq xəngəli həm çox dadlı, həm də çox doyumludur. 

Qeyd edək ki, təqdim etdiyimiz xəngəl resepti 4-5 nəfərlikdir.

Lazım olan ərzaqlar:

Xəmiri

Stəkanın ölçüsü 200 ml.

5 stəkan un

1 ədəd yumurta

1 çay qaşığı duz

Qazanın böyüklüyünə görə su

Üzəri üçün

1 kq soğan

300 qr kərə yağı

1 çay qaşığı sarıkök

1 çay qaşığı pul bibər

300 qr toyuq əti

Zövqə görə duz

Üzərinə istəyən sarımsaq qatıq edə bilər.

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5166
avatar

Oxşar yazılar