Qabyuyan maşında turşu necə hazırlanır?- İnanılmaz üsul Lent.az-ın MƏTBƏXİNDƏ
30 sentyabr 2021 18:19 (UTC +04:00)

Qabyuyan maşında turşu necə hazırlanır?- İnanılmaz üsul Lent.az-ın MƏTBƏXİNDƏ

Qabyuyan maşında turşu hazırlamaq düşündüyünüz qədər qeyri-mümkün və ya çox da çətin deyil. Üstəlik, normal hazırladığınız turşu qədər dadlı olacağına zəmanət veririk. Aşağıda ağıla gələn bütün suallara cavab verəcəyik:

Qabyuyan maşında turşu necə hazırlanır? Turşu qabyuyan maşına qoyula bilərmi? Qabyuyan maşına turşu qoymağın üsulları hansılardır?

Lent.az Türkiyə mətbuatına istinadən bu sualları cavablandırır.

1 litrlik banka üçün lazım olan məhsullar; 1 kiçik stəkan sirkə, 2 xörək qaşığı duz, 2 stəkan su, 1 çay qaşığı limon duzu, 1 çay qaşığı şəkər, 5 ədəd sarımsaq, seçdiyiniz otlar (şüyüd, dəfnə yarpağı) və tərəvəzlərdir.

Hazırlıq mərhələsi:

İstifadə edəcəyiniz bütün məhsulları yaxşı yuyun və şüşə qabı dolduracaq şəkildə yerləşdirin. Sarımsağı doğrayın və içinə atın. Bir qabda sirkə, su və duzu qarışdırın. Duz yaxşı həll olunana qədər qarışdırın. Bu qarışığı hazırladığınız bankalara tökün ki, bütün maddələr tamamilə örtülsün.

Limon duzu və şəkər əlavə edin. Bankaların qapaqlarını möhkəm bağlayın. Təmiz, yeni qapaqlar istifadə olunmasına diqqət edin. Bankaları boş qabyuyan maşının alt və ya yuxarı səbətinə düzün. Onların hava keçirməməsi çox vacibdir. Daha sonra qabyuyan maşını ən uzun və ən isti proqrama qurun.

Vaxtı bitdikdən sonra da bankalar elə maşının içində qalıb soyusun.

Qeyd: İstəsəniz həmin gün və ya soyuducuda bir neçə gün saxladıqdan sonra yeyə bilərsiniz.

Turşularınız hazırdır. Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10995
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar