Niyə qızartmadan əvvəl tavanı sirkə ilə  silirlər? -  köhnə mətbəx sirri
22 dekabr 2025 14:59 (UTC +04:00)

Niyə qızartmadan əvvəl tavanı sirkə ilə silirlər? - köhnə mətbəx sirri

0

Qızartmadan əvvəl sirkədən istifadə etmək yağın sıçramasının qarşısını almağa, ətin şirəli qalmasına kömək edir və tavanın yuyulmasını xeyli asanlaşdırır.

Lent.az xarici mediaya istinadla bildirir ki, kulinariya ustalığı yemək bişirmə prosesini xeyli asanlaşdıran kiçik hiylə və üsulları bilməkdə özünü göstərir. Məhz bu cür detallara diqqət yetirmək mətbəxdə təmizliyi qorumağa, yeməyin dadını yaxşılaşdırmağa və vaxta qənaət etməyə kömək edir. Belə köhnə üsullardan biri də qızartmadan əvvəl tavanın sirkə ilə silinməsidir. Bu sadə fəndi hələ nənələrimiz istifadə edirdi və bu gün də öz aktuallığını itirməyib.

Ət, kotlet və ya digər yağlı məhsulları qızartmazdan əvvəl tavanın səthini yüngülcə sirkə ilə silmək tövsiyə olunur. Bu, yeməyin dadına təsir etmir, lakin bişirmə prosesini nəzərəçarpacaq dərəcədə dəyişir.

Bu üsuldan düzgün necə istifadə etməli?

Maksimum effekt əldə etmək üçün sadə ardıcıllığa riayət etmək lazımdır. Quru tavanı yaxşıca qızdırın. Kağız salfeti az miqdarda alma sirkəsi ilə isladın. Tavanın daxili səthini ehtiyatla silin. Bitki yağı əlavə edin və qızartmağa başlayın. Əgər alma sirkəsi yoxdursa, adi süfrə sirkəsindən də istifadə etmək olar.

Bu üsulun bir neçə praktik üstünlüyü var:

yağ daha az sıçrayır mətbəx təmiz qalır.

ət qurumur və şirəliliyini saxlayır.

yeməyin ətri daha zəngin olur, yad qoxular yaranmır.

bişirmədən sonra tavanı yumaq daha asan olur.

Sirkə tavanın səthində nazik qoruyucu qat yaradır və qızdırılma zamanı yağın aktiv şəkildə sıçramasını azaldır.

Bundan əlavə, bu üsuldan sonra tavanın üzərində yanmış yağ daha az qalır. Bu isə o deməkdir ki, qablar daha tez və aqressiv yuyucu vasitələrdən istifadə etmədən təmizlənir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar