"Frikasse"nin hazırlanma qaydası
11 yanvar 2021 15:58 (UTC +04:00)

"Frikasse"nin hazırlanma qaydası

Məşhur Alman yeməyi “Frikasse”: Ləziz dadını unutmayacaqsınız

Alman mətbəxinin ləziz təamlarından olan qaymaqlı frikasse çoxlarınızın sevimli yeməyinə çevriləcək. Asan hazırlanan bu yeməyin dadı uzun müddət gələn qonaqlarınızın damağından getməyəcəyinə əmin ola bilərsiniz. Lent.az bu fərqli təamın reseptini təqdim edir:

“Frikasse”-ni hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

Toyuq

1 ədəd yerkökü

250 qram gül kələm

200 qram yaşıl noxud

150 qram qarğıdalı

3 yemək qaşığı un

200 ml qaymaq

Duz

İstiot

İndi isə hazırlanma qaydasına baxaq:

Toyuğu qaynadıb, ətini ayırın. Doğradığınız tərəvəzləri tavaya yerləşdirib üzərinə toyuğun suyundan töküb bişirin. 3 qaşıq unu bir az sulandırıb yeməyə əlavə edib 5 dəqiqə bişin. Duz və istiot tökün. Daha sonra 200 qram qaymağı töküb qarışdırıb, ocağı söndürün. Qalan toyuq suyu ilə plov hazırlayıb birlikdə servis edə bilərsiniz. Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar