Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə tanınan səhifəyə istinadən dadlı və doyumlu gicitkənli girs reseptini sizinlə bölüşəcəyik. Bu yemək xüsusilə Qax, Zaqatala, Balakən mətbəxinə aiddir.
Lazım olan ərzaqlar:
Xəmiri üçün
600 qram un
40 qram bitki yağı (4 xörək qaşığı)
60 qram qatıq (1 təpələmə dolu xörək qaşığı)
230 ml qaynar su
1/2 çay qaşığı duz
İçlik üçün
7 iri dəstə gicitkən
1 iri dəstə göy soğan
200 qram qoz
300 qram kəsmik
1 ədəd yumurta
2 ədəd orta boy soğan
2 xörək qaşığı ərinmiş kərə yağı
1/2 çay qaşığı duz
1/3 çay qaşığı qara istiot
Üzəri üçün
60 qram kərə yağı
Qatıq
Ketçap
Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.
Nuş olsun!