Kəsmikli pankek üçün klassik resept – Ağızda əriyəcək
27 sentyabr 2024 15:52 (UTC +04:00)

Kəsmikli pankek üçün klassik resept – Ağızda əriyəcək

Kəsmikli pankek üçün klassik resept birdən çox sınaqdan keçib. Ancaq klassik reseptini belə dəyişdirəcək bir tərkib hissə var. 

Lent.az ağızda əriyən klassik kəsmikli pankek reseptini təqdim edir: 

Lazım olan ərzaqlar: 

Kəsmik 400 qram;

Xama 1 çay qaşığı. 

Yumurta 2 ədəd;

Zövqə uyğun şəkər;

Un 2 yemək qaşığı

Bir çimdik duz

Bitki yağı.

Kəsmik metal ələkdən və ya ətçəkən maşından keçirilməlidir. Sonra xama, yumurta, şəkər əlavə edilib qarışdırılır. Hazır qarışığın tutarlılığından və unun keyfiyyətindən asılı olaraq unu əlavə edin. Bir-iki və ya üç qaşıq ala bilər. Kütlənin çox qatı olmaması vacibdir, lakin tamamilə maye olmamasına da diqqət edin. Kəsmikli pankeklər düzəldin. Daha sonra bitki yağı əlavə olunmuş qabda qızardın.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7134
avatar

Sevinc Fərid

Oxşar yazılar