Heyvadan hazırlanan ləzzət  - Qışın çox sevilən şirniyyatı Lent.az-ın MƏTBƏXİNDƏ
15 noyabr 2021 18:14 (UTC +04:00)

Heyvadan hazırlanan ləzzət - Qışın çox sevilən şirniyyatı Lent.az-ın MƏTBƏXİNDƏ

Heyva şirniyyatını müxtəlif üsullarla bişirə bilərsiniz. Necə bişirilməyindən asılı olmayaraq burada əsas məqam onun toxumlarıdır. Heyva toxumunda olan jele desertin qatılığını təmin edir. Bu toxumlar kalsium, kalium mineralları, A, B və C vitaminləri ilə zəngin qida mənbəyidir.

Lent.az Türkiyə mətbuatına istinadən bu gün sizə heyvadan hazırlanan şirniyyat reseptini təqdim edir.

Lazım olan ərzaqlar

3 heyva

1 limon

6 xörək qaşığı şəkər tozu

12 ədəd mixək

1 çay qaşığı darçın

Yarım stəkan su

Bəzək üçün qoz və ya fındıq

Hazırlanma qaydası

Heyvaların qabığını soyun, ikiyə bölün və toxumlarını sous üçün kənara qoyun. Limonlu su hazırlayın. Daha sonra soyulmuş heyvalar qaralmasın deyə həmin suya qoyun.

Hər bir heyvanı qazana içi boş tərəfləri yuxarı baxan formada qoyuruq. Sonra onların ortasına 1 qaşıq şəkər tozunu əlavə edirik. Mixək, darçından sonra yarım stəkan su tökürük.


 

Əvvəlcə orta dərəcədə su qaynayana qədər bişiririk. Sonra təxminən 40-45 dəqiqə az dərəcədə heyvalar yumşala qədər bişirməyə davam edirik.

Şirniyyatımızı təqdim edərkən bəzək üçün üzərinə qoz əlavə edirik.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3356

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54