Evdə hazırlanan sadə və xırçıltılı lahmacun resepti
19 iyul 2022 15:57 (UTC +04:00)

Evdə hazırlanan sadə və xırçıltılı lahmacun resepti

Evdə hazırlanan sadə və xırçıltılı lahmacun resepti Lent.az-ın MƏTBƏXİNDƏ

Bu gün Lent.az tez bişən, həm Türkiyə mətbəxində, həm də Azərbaycanda sevilən ləziz lahmacun reseptini sizə təqdim edir.

Qeyd edək ki, təamı "Chef Baku by Künefe" restoranının aşpazı Şöhrət usta hazırlayıb. 

Lazım olan ərzaqlar: 

250 qr un;
1,5 su stəkanı su;
1 çay qaşığı quru maya;
1 çay qaşığı duz.

İçlik üçün:

200 gr qiymə;
1 ədəd iri pomidor;
1 ədəd böyük soğan;
2 ədəd yaşıl bibər;
Yarım dəstə cəfəri;
3 diş sarımsaq;
1 çay qaşığı yarım tomat.

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün yaşıl bibər, pomidor, soğan və sarımsağı rəndədən keçirin. Cəfərini də doğrayıb tomatla birgə qiymənin üzərinə əlavə edərək yoğurun.
Lahmacun xəmiri üçün unu ələkdən keçirib bir qaba tökün. Maya, duz və ilıq su əlavə edərək yoğurun. Xəmiri 15-20 dəqiqə gözlədəndən sonra kündələrə bölün. Kündələri oxlov ilə çox incə şəkildə açın. Yuxa formasındakı xəmirin üzərinə ovuc içi böyüklükdə içlikdən götürüb bərabər şəkildə yayın. Sobanı 200 dərəcədə isidin, tavanı istilədib lahmacunu içinə qoyun. Tavadakı lahmacunun altı yüngül qızarana qədər bişirin. Kənarları yüngül qızaranda çıxarın və ikiyə qatlayın. Lahmacunu isti-isti servis edin.

Nuş olsun!

Evdə hazırlanan sadə lahmacun resepti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16832

Oxşar yazılar

Kotleti bişirərkən  dağılmaması üçün   bu 5 qidanı ƏLAVƏ EDİN

Kotleti bişirərkən dağılmaması üçün bu 5 qidanı ƏLAVƏ EDİN

23 aprel 2025 , 19:48
Şokoladı necə düzgün saxlamaq  olar: faydalı MƏSLƏHƏTLƏR

Şokoladı necə düzgün saxlamaq olar: faydalı MƏSLƏHƏTLƏR

22 aprel 2025 , 17:58
Ən asan ev pizzası RESEPTİ

Ən asan ev pizzası RESEPTİ

22 aprel 2025 , 12:52
Kartof püresinə   bunu əlavə edin: ən ləzzətli RESEPT

Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT

21 aprel 2025 , 14:58
Şokoladlı xəmirlə piroq RESEPTİ

Şokoladlı xəmirlə piroq RESEPTİ

19 aprel 2025 , 11:36
Yeməyin soyuducuda 3 qat  daha uzun müddət   saxlamaq üçün SİRLƏR

Yeməyin soyuducuda 3 qat daha uzun müddət saxlamaq üçün SİRLƏR

18 aprel 2025 , 16:46
Ən asan cheesecake RESEPTİ

Ən asan cheesecake RESEPTİ

17 aprel 2025 , 14:54
Sizə  super güc verəcək   səhər yeməyi

Sizə super güc verəcək səhər yeməyi

16 aprel 2025 , 18:03