Düyünü yaxşı bişirmək üçün qazanın qapağını örtmək lazımdırmı?
29 mart 2025 10:37 (UTC +04:00)

Düyünü yaxşı bişirmək üçün qazanın qapağını örtmək lazımdırmı?

Bişmiş düyü ən məşhur qarnirlərdən biridir, ona görə də evdar qadınlar onu tez-tez hazırlayır. Lakin bir çox insanın bilmədiyi bir incəlik var – qapaq məsələsi. Düyünün dadlı alınması üçün onu düzgün bişirmək vacibdir. Amma ilk olaraq düyünü yaxşıca yumaq, yalnız bundan sonra bişirməyə başlamaq lazımdır. Lakin tez-tez belə bir sual ortaya çıxır: düyü bişirərkən qazanın qapağını bağlamaq lazımdırmı?

Lent.az düzgün düyü bişirmə qaydasını təqdim edir:

Bir çoxları qapaqlı qazanda bişirməyi tövsiyə edir. Amma bu zaman başqa bir problem yaranır: su qapağın altında köpüklənməyə başlayır və qazan daşır. Bu səbəbdən bir çoxları qapağı açıq saxlayır, lakin bu da düyünün quru alınmasına səbəb ola bilər.

Bəs bu halda nə etməli?
Əslində düyünü qapaqlı qazanda bişirmək daha məsləhətlidir. Lakin daşma probleminin qarşısını almaq üçün ən yaxşı həll – multibişirici (multivarka) istifadə etməkdir. Əgər multibişiriciniz yoxdursa, o zaman qaynamağa, köpüklənməyə və buxarın çıxmasına yetərincə yer olan bir qazan seçin. Qazanın qalın dibli və divarlı olması vacibdir ki, düyü yanmasın. Həmçinin düyü ilə su arasındakı düzgün nisbəti qorumaq lazımdır ki, düyü nə çox quru, nə də çox bişmiş olsun – yəni dənəvər və dadlı alınsın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1436

Oxşar yazılar

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45
Çiyələk mürəbbəsini  belə hazırlayın: RESEPT

Çiyələk mürəbbəsini belə hazırlayın: RESEPT

8 may 2025 , 17:00
 Göyərtini   yeməyə nə zaman əlavə etmək olar?

Göyərtini yeməyə nə zaman əlavə etmək olar?

8 may 2025 , 12:07
Gürcü xaçapurisi belə hazırlanır -  RESEPT

Gürcü xaçapurisi belə hazırlanır - RESEPT

7 may 2025 , 17:42