Dünyanın ən bahalı makaronu  harada hazırlanır? – QİYMƏT
16 dekabr 2022 09:20 (UTC +04:00)

Dünyanın ən bahalı makaronu harada hazırlanır? – QİYMƏT

Makaron evdə heç nə tapmayan zaman ilk əl atdığımız qidadır. O asan hazırlanan və ucuz başa gələn yeməklər arasındadır. Buna baxmayaraq bir çox ölkələrdə makarona münasibət fərqlidir. Görkəmli aşpazlar bu yeməyin müxtəlif növlərini hazırlayaraq dünya mətbəxində fərqli təamların tanınmasına xidmət edirlər.

Maraqlısı odur ki, makaron hər yerdə bizim düşündüyümüz kimi ucuz başa gəlmir. Belə ki, Amerikanın Nyu-York şəhərində məşhur “BICE” restoranında makaron ən bahalı yeməklər sırasındadır.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, burada müştərilər makaron yemək üçün 2 min dollar ödəməlidir.

Bəs, bu makaron niyə bu qədər bahalıdır?

Məlumata görə, aşpaz bu yeməyin bişirilmə qaydasının sirlərini heç kəslə bölüşmür. Yemək müştərilərə çəkisi bir kiloqram olan dəniz məhsulları ilə birlikdə verilir. Həmçinin, makaron qara truffle tərkibli xüsusi bir sousla təqdim edilir. 

Qeyd edək ki, bu restoran şəhərin ən prestijli bölgəsində yerləşir və imkanlı qonaqları qəbul edir.

Restoranın menyusunda qiyməti orta gəlirli insanları təəccübləndirən başqa yeməklər də var. Məsələn, aşpazlar tərkibində qızıl balıq olan xüsusi suşi hazırlayırlar. Onun bir porsiyasının qiyməti də təxminən 2 min dollardır. Həmçinin burada şirniyyatçıların xüsusi hazırladığı desert var ki, qiyməti 25 min dollar dəyərindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Sevinc Fərid

Oxşar yazılar