Çuğundurla marinad edilmiş soğan ət yeməkləri üçün universal qəlyanaltı və ya müxtəlif salatlara əlavə kimi əla seçimdir.
Lent.az bu resepti təqdim edir:
Bu yemək həm ətirli, həm rəngarəng alınır, həm də çox asan hazırlanır.
Tərkibi
Soğan üçün
soğan - 200 qram
çuğundur - 400 qram
Marinad üçün
su - 300 millilitr
şəkər - 5 xörək qqaşığı
alma sirkəsi - 100 millilitr
dəfnə yarpağı - 1 ədəd
ətirli istiot dənəsi - 4 ədəd
duz - 1 çay qaşığı
Hazırlanması
Soğan və çuğunduru təmizləyin və yuyun.
Soğanı yarımhalqa, çuğunduru isə nazik dilimlər şəklində doğrayın. Bankanı və ya dərin bir qabı tərəvəzlərlə doldurun, soğan və çuğunduru növbə ilə qat-qat düzün. Qaba suyu tökün, üzərinə şəkər, duz, alma sirkəsi, dəfnə yarpağı və ətirli istiot dənələrini əlavə edin.
Qaynara düşənə qədər qızdırın və bir dəqiqə qaynadın. Hazırladığınız isti marinadı soğan və çuğundurun üzərinə tökün. Otaq temperaturunda soyumağa qoyun, daha sonra soyuducuya yerləşdirin. Bir saatdan sonra yemək hazır olacaq.