Ananas və toyuqlu  Havay salatı RESEPTİ
06 avqust 2025 12:17 (UTC +04:00)

Ananas və toyuqlu Havay salatı RESEPTİ

Tamaşaçıları heyran qoyacaq orijinal “Havay salatı” hazırlamağa çalışın. Əvvəlcə ərzaqlar uyğun gəlmirmiş kimi görünə bilər, lakin nəticə çox dadlı və qeyri-adi alınır. Bu salatı doğranmış qoz ləpəsi ilə bəzəmək ən yaxşı təqdimat üsuludur.

Lent.az bu resepti təqdim edir:

Tərkibi

Toyuq filesi - 300 qram

Konservləşdirilmiş ananas - 200 qram

Bərk pendir - 100 qram

Bişmiş yumurta - 3 ədəd

Konserv qarğıdalı - 150 qram

Mayonez - zövqə görə

Duz, istiot - zövqə görə

Hazırlanması

Toyuq filesini duzlu suda bişirin, soyudun və kub formasında doğrayın. Yumurtaları və pendiri də eyni ölçüdə doğrayın. Ananas və qarğıdalının suyunu süzün.

Bütün ərzaqları dərin bir qabda birləşdirin. Üzərinə mayonez əlavə edin, duz və istiotla dadlandırın. Sonda doğranmış qoz səpin və qarışdırın.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar