15 dəqiqəyə çörəkdən hazırlanan şirniyyat
16 dekabr 2020 15:23 (UTC +04:00)

15 dəqiqəyə çörəkdən hazırlanan şirniyyat

15 dəqiqəyə hazırlaya biləcəyiniz şirniyyat: Dadından doymayacaqsınız

Şirniyyat hazırlamaq üçün saatlarınızı mətbəxdə keçirmək lazım deyil. Ağır iş günündən sonra ürəyindən dadlı, lakin tez hazırlanan şirniyyat keçənlər, diqqətiniz bizdə olsun.

Lent.az cəmi 15 dəqiqədə hazırlaya biləcəyiniz asan, lakin çox dadlı şirniyyat reseptini təqdim edir:

Çörəkdən şirniyyat olarmı? Olar, olar, həm də çox ləzzətli bir şirniyyat!

Hazırlayacağımız şirniyyata lazım olan ərzaqlar:

4 dilim çörək

1 xörək qaşığı kərə yağı

80 qram şokolad

1 ədəd banan

Bəzək üçün:

1 xörək qaşığı şəkər kirşanı

Hazırlanma qaydası:

Çörək dilimlərinin bir tərəfinə kərə yağı çəkin. Kərə yağının daha yaxşı əriməsi üçün çörəkləri öncədən isidin. Yağlanmış çörək dilimlərini qaynar tavada, orta istilikdə üzəri qızılı rəng alana qədər qızardın. Bananı qalın dilimlər şəklində kəsin. Kərə yağında qızardılmış dilimləri bir boşqaba qoyun və üzərinə öncə şokolad parçalarını, sonra banan dilimlərini yerləşdirin. Digər çörək dilimi ilə üzərini örtün. Şokolad parçalarını əridib tökün. Qaba servis edərkən üzərinə şəkər kirşanı əlavə edin.

Nuş olsun!

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4400

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54