Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film təqdim edilib
10 noyabr 2021 13:18 (UTC +04:00)

Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film təqdim edilib

Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film çəkib. Bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özü məlumat verib:

“Zəng" filmi I Qarabağ Müharibəsində şəhid olmuş ataya qələbə müjdəsi xəbəri
verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir.

Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ Müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 90-lar və o illərdə yaşadığım hisslər hələ də mənimlədir. Bu filmdə çalışdım ki, qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım. Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar.

"Zəng" filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.

Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm də filmin prodüseri və rejissoruyam. Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim.

Filmin ərsəyə gəlməsində köməklik göstərən Bakcell şirkətinə, aktyorlara və kino
komandama dərin minnətdarlığımı bildirirəm.

Baxmayarq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. Zəng filminin
tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz Mübarək olsun!”
Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarbağ Müharibəsi Qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad Qarayev və Asif Bəşirovdur.

Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film təqdim edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2669

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21