Rəşad Səfərov
10 may 2023 11:14 (UTC +04:00)

Rəşad Səfərov

“Yəqin mən fəxri ada layiq deyiləm” - Aktyor nələr danışdı

Hər ilin may ayında incəsənət xadimləri üçün təsis olunmuş Prezident mükafatı bu il aktyorlar arasında narazılığa səbəb olub. Əslində hər il narazıq yaranır, sadəcə səbri daşanlar artıq susmurlar.

Lent.az-ın məlumatına görə, çünki bir çox teatrlarda mükafatları bir qayda olaraq eyni adamlar alır. Təqdimatı teatr rəhbərliyi Mədəniyyət Nazirliyinə göndərir. Yəni aktyorların giley-güzarına səbəb olan qurumlar əslində teatr və nazirlikdir.

Naxçıvan Dövlət Teatrında bu məsələ ədalətli bölgü şəklinə salınıb, heç kim də narazılıq etmir. Belə ki, teatrın rəhbərliyi hər il növbəylə 2 aktyorun adını mükafat almaq üçün təqdim edir.

Qeyd edək ki, Prezident mükafatı aktyorların maddi rifahına dəstək məqsədilə təsis edilib və 500 manat məbləğindədir. Mükafatı alan aktyor il ərzində öz maaşı ilə yanaşı bu məbləği də alır. Teatrlarda əmək haqqının o qədər də yüksək olmadığını nəzərə alsaq, aktyorların nə üçün bu mükafata can atdıqlarını anlamış olarıq. Xarici ölkələrdə belə bir mükafat və ya onun analoqu təsis edilməyib. Mükafatı alanlar arasında çoxlu sayda gənc aktyorlar olduğu halda illərini bu sənətə vermiş bir çox tanınmış aktyorların adlarını görə bilmədik. Görəsən niyə?

Lent.az  “Niyə sizə mükafat və ya fəxri ad verilmir?” sualı ilə Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərova müraciət etdi.

Rəşad Səfərov “yəqin mən bu ada layiq deyiləm, yəqin yaxşı aktyor deyiləm, yəqin istedadım çatmır” deyə cavab verdi. O bildirdi ki, hələ təhsil aldığı illərdən tamaşalarda rol almasına baxmayaraq, bu günə qədər heç bir  fəxri mükafata layiq görülməyib.

“1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Oxuduğum illərdə də teatrda çalışırdım. 2001-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət İrəvan Dram teatrında, 2005-ci ildə Şuşa Musiqili Dram Teatrında, 2006-cı ildə isə Dövlət Gənclər teatrında aktyor kimi fəaliyyətdə olmuşam. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoruyam. Çoxlu sayda tamaşalarda baş rollarda oynamış, film, serial və kliplərdə çəkilmişəm. 2014-cü ildə Binəqədi rayonu Xocasən mədəniyyət evinə direktor təyin olunmuşam. 

Qazi oğluyam. Artıq 45 yaşım var. Və atamın qoyduğu addan başqa heç bir mükafatım yoxdur. 

İllərimi bu sənətə vermişəm. Bu yaşda  heç bir adımın, mükafatımın olmaması məni əlbəttə küsdürür, incidir, qiymət verilməməsi insanı damla - damla öldürür. Ümid edirəm, ölməmişdən bir gün öncə fəxri adım olacaq”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5241
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar