Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır.
Lent.az xəbər verir ki, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibiin adını açıqlanıb.
Qaliblərin adlarının açıqlanması mərasimi Karolinska İnstitutunda baş tutub.
Mükafat İsveç bioloqu, təkamül genetikası sahəsində ixtisaslaşmış Svante Paaboya verilib. O, mükafata "Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb.