“Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı bu ilin noyabr ayında keçiriləcək”. Bunu Lent.az-a açıqlamasında AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, birlik sentyabr-noyabr ayları ərzində qurultayı keçirməyi planlaşdırmışdı: “Artıq qurultayın tarixi bəllidir. Qurultayın keçiriləcəyi gün sentyabrın ortalarında müəyyən olunacaq”.
AYB sözçüsü Birlik sədri Anarın sədrliyə namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsinə də münasibət bildirib: “Bu, Anar müəllimin şəxsi işidir”