Bu günlərdə Rusiyanın ən böyük ədəbiyyat portallarından proza.ru saytında yazıçı Varisin “Əzilmiş fotoşəkillər” və “Metamorfoza”romanları yerləşdirilib. Bu barədə Lent.az-a xəbər verən yazıçı yuxarıdakı romanların bəzi epiozdlarında Azərbaycan-Ermənistan münaqişəsi barədə düşmən ölkənin yeritdiyi təbliğatın ifşa edildiyini bildirib: “Bildiyiniz kimi, ermənilər 1988-ci ildə Sumqayıt baş vermiş hadisələri özlərinə qarşı genosid kimi qələmə verməklə gözə kül üfürməyə cəhd etsələr də “Əzilmiş fotoşəkillər” romanında əsl həqiqəti üzə çıxaran məqamlar var.
Romanda Ermənistan tərəfinin guya münaqişəyə səbəb kimi Azərbaycanın və Dağlıq Qarabağın erməni əhalisinə qarşı yerli hakimiyyətin yeritdiyi ayrı-seçkilik siyasətini arqument kimi göstərməsinin də ağ yalan olduğu faktlarla sübuta yetirilir”.
“Metamorfoza”-da isə münaqişənin həllinə cavabdehlik daşıyan ATƏT-in fəaliyyətsizliyi roman qəhrəmanlarının dili ilə pislənilməklə yanaşı, azərbaycanlı qəhrəman Mübariz İbrahimovun timsalında döyüşçülərimizin mərdliyi də təcəssüm olunur.
Yazıçı ermənilərin artıq romanlarla bağlı irad bildirdiklərini də qeyd edib: “Şəksizdir ki, tarixi həqiqətlərin yayılmasında, bərqərar olunmasında bədii ədəbiyyat böyük rol oynayır. Ədəbiyyat heç vaxt sərhəd və çərçivə tanımaz”.
“Əzilmiş fotoşəkillər” və “Metamorfoza” romanlarını müvafiq olaraq bu linklərdən http://www.proza.ru/2014/07/06/1579, http://www.proza.ru/2014/07/04/620 oxumaq olar.