Yaradıcılıq Fondu Quran motivləriylə bağlı müsabiqə elan edir
02 mart 2015 15:37 (UTC +04:00)

Yaradıcılıq Fondu Quran motivləriylə bağlı müsabiqə elan edir

Azərbaycan Yaradıcılıq Fondu Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-Kərim motivləri əsasında hekayə” müsabiqəsi elan edir. Lent.Az-ın məlumatına görə layihə - Qurani-Kərimin gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabımızdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

 

Bu gün təəssüf ki, bir çox dəyərlərlə yanaşı, mənəvi dəyərlər də yad basqıya məruz qalır. Nəticədə bu dəyərləri dərindən bilməyən, dərk etməyən gənclər kənar təsirlərə düşür, öz kimliyindən uzaqlaşır və müxtəlif qüvvələrin alətinə çevrilir. Bizi əhatə edən bu təhlükədən gənclərimizi qorumağın ən əsas yollarından biri İslam dininin müqəddəs kitabı olan
 

Qurani-Kərimin gənclərə düzgün öyrədilməsidir. Çünki Quran insandan mərhəmətli, dürüst, vətəninə, mənsub olduğu ümmətə, ərazisində yaşadığı dövlətə sadaqətli olmağı tövsiyə edir. Bu məqamların hər biri Qurani-Kərimdə ayrı-ayrı surələr, ayələr formasında təqdim olunur. Külçə halında olan bu mətləbləri gənc nəslə yalnız sadə, anlaşıqlı dillə, daha asan oxuyacaqları formada təqdim etmək lazımdır. Bu səbəbdən düşünürük ki, elan etdiyimiz müsabiqə İslam dini haqqında gənclərin düşüncə və təsəvvürlərinin daha da dərinləşməsinə yardımçı olacaqdır.


Müsabiqənin şərtləri:

 

1. Müsabiqəyə təqdim edilən hekayələrin süjeti və ideyası Qurani-Kərim motivləri əsasında olmalıdır;

 

2. Müsabiqəyə göndərilən hekayələr 10 min işarədən az olmamalıdır;

 

3. Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıcılıq Fondunun elektron ünvanına göndərilməlidir; [email protected]

 

1) Hekayələr qəbulu üçün son gün 15 aprel 2015-ci ildir.

 

2) Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

 

Mükafatlandırma:

 

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaqdır.

 

Birinci yer – 700 azn

 

İkinci yer – 500 azn

 

Üçüncü yer – 300 azn

 

Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr veriləcəkdir.

 

Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək, təntənəli mükafatlandırma mərasimi keçiriləcəkdir. Nəşr edilmiş antologiya Respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Kulis Canıyev

Oxşar yazılar