Xanəndə Qoçaq Əsgərov tələbəsi Fidan Hacıyevayla Londonda konsert verib. Lent.az-ın məlumatına görə, konsert Londonun məşhur “Royal Albert Hall” salonunda olub. Konsert “BBC 3” radiosunun dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “World Routes Academy” layihəsi çərçivəsində keçirilib.
“BBC 3” radiosu ilə canlı yayımlanan konsertdə diplomatik korpusun nümayəndələri, burada yaşayan azərbaycanlı icması və müxtəlif ölkələrdən musiqisevərlər iştirak edib. Qonaqlar muğam parçalarımızı, milli musiqi alətlərimizdən balaban, nağara, tar və kamançada ifaları böyük rəğbətlə qarşılayıblar.