Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin Xan Şuşinski adına 2-ci Respublika muğam festivalı qaliblərinin yekun konserti keçirilib.
APA-nın xəbərinə görə, iyunun 11-dən başlayan seçim turunda demək olar ki, bütün bölgələrindən məktəblilər iştirak edib.
Münsiflər heyətində xalq artistləri Aygün Bayramova, Zabit Nəbizadə, əməkdar artistlər Gülyaz Məmmədova, Feyruz Səxavət, "Xan Şuşinski" Fondunun təsisçisi və rəhbəri, sənətkarın övladı Bəyimxanın Verdiyeva təmsil olunub.
Qaliblər 1 Qran-pri, 2 qrup üzrə 2 birinci yer, 2 ikinci yer və 3 üçüncü yer üzrə müəyyənləşdirilib. Münsiflər heyəti qalibləri diplom və hədiyyələrlə mükafatlandırıb.