Xalq artisti, rejissor Firudin Səfərovun 80 illiyi qeyd olunub
12 noyabr 2013 20:11 (UTC +04:00)

Xalq artisti, rejissor Firudin Səfərovun 80 illiyi qeyd olunub

0

Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının təşkilatçılığı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatının dəstəyi ilə Azərbaycan və Özbəkistanın xalq artisti, rejissor Firudin Səfərovun 80 illik yubileyi qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yubiley mərasimində Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri, tələbələr, mətbuat nümayəndələri iştirak ediblər.

 

Nazirlikdən bildiriblər ki, yubiley tədbirində Firudin Səfərovun həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi keçirilib: “Özbəkistan Dövlət Akademik Böyük Teatrının direktoru Bəxtiyar Yaqubov Firudin Səfərovun Özbəkistandakı fəaliyyəti, onun xidmətləri barədə məlumat verib, teatr ictimaiyyəti adından rejissora Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim edib”. 

 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, Firudin Səfərovun iki xalq qarşısındakı xidmətləri böyükdür, onun fəaliyyəti Azərbaycan və Özbəkistan dostluğunun möhkəmlənməsinə, mədəniyyətin, teatr sahəsinin inkişafına səbəb olub.

 

Yubiley tədbirində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının ifaları və Azərbaycan xalq mahnılarından ibarət proqram tamaşaçılara təqdim olunub, Firudin Səfərovun səhnələşdirdiyi "Leyli və Məcnun", "Koroğlu", "Karmen", "Otello", "Arşın mal alan"  əsərlərindən parçalar nümayiş etdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 885

Oxşar yazılar