Vaqif Mustafazadənin 75 illiyi ilə bağlı tədbir keçirilib
10 aprel 2015 22:53 (UTC +04:00)

Vaqif Mustafazadənin 75 illiyi ilə bağlı tədbir keçirilib

APA-nın məlumatına görə, sarayın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilib.

 

Tədbir çərçivəsində V. Mustafazadənin həyatının bütün dövrlərini əks etdirən roliklər təqdim olunub.

 

Tədbirdə Teyyub Aslanovun ifasında muğam təqdim edilib, Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Vaqif Mustafazadənin fortepiano və orkestr üçün konsert əsərini səsləndirib, solist kimi xalq artisti Fərhad Bədəlbəyli çıxış edib.

 

Yubiley gecəsində “Cəngi” qrupu, xalq artisti Ənvər Sadıqov, “Qaya” Dövlət Ansamblı, caz trio, “Rast” qrupu, Rəşid Behbudov adını Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri, əməkdar artist İsfar Sarabski çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar