Ukrayna və çexiyalı balet ulduzları Bakıya gəlir
29 sentyabr 2015 12:35 (UTC +04:00)

Ukrayna və çexiyalı balet ulduzları Bakıya gəlir

Azərbaycan Dövlət Opera və Balet Teatrı 107-ci Teatr mövsümünə oktyabrın  9-da “Jizel” baleti ilə başlayacaq. Teatrdan Lent.az-a verilən məlumatına görə, oktyabrın 9-da keçiriləcək tamaşada Jizel rolunu Ukrayna Milli Operanın prima-balerinası Olqa Qolitsa, Alfred rolunu isə Çexiyalı balet ulduzu Van Yan ifa edəcəklər.

 

O. Qolitsa Ukraynanın əməkdar artisti, balet artistlərinin bir neçə beynəlxalq müsabiqəsinin qızıl medalının sahibidir. Almaniya, Avstriya, İtaliya, Belçika, ABŞ, Fransa, Yaponiya, Hollandiya, İspaniyada uğurlu qastrol səfərlərində olub. Onun tərəf müqabili Van Yan balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibi kimi vətəni Çexiyada kifayət qədər tanınmış sənətçidir. Bununla yanaşı o, Ukrayna Milli operasında kontraktla çalışır və dünyanın bir sıra ölkələrində qastrol səfərlərində olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333

Oxşar yazılar