Avqustun 5-də görkəmli alim, akademik Mustafa Topçubaşovun 120 illik yubileyi qeyd ediləcək. AMEA-dan Lent.az-a verilən məlumata görə, ictimai xadim, tibb üzrə elmlər doktoru, professor M. Topçubaşovun tibb elminin və respublikada səhiyyənin inkişafında xidmətlərini nəzərə alaraq alimə həsr olunmuş yubiley yığıncağı və respublika elmi-praktiki konfransı keçiriləcək. Bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında verilib.
AMEA Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, respublika dövri mətbuatında, “AMEA-nın Xəbərləri” jurnalında, “Elm” qəzetində alimin həyatı, elmi, ictimai və həkimlik fəaliyyətini əks etdirən məqalələr dərc olunsun.
Azərbaycanda tibb elminin inkişafında mühüm xidmətləri olan