Dənizdə batan şəxs prokurorluqda müstəntiq olub -YENİLƏNİB
26 iyul 2026 11:32 (UTC +04:00)

Dənizdə batan şəxs prokurorluqda müstəntiq olub -YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Ötən gün dənizdə batan 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlu Qubadlı rayon prokurorluğunda müstəntiq işləyirmiş./ "Unikal"

***

25 uyul, 22:19

 

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2008

Oxşar yazılar