Oktyabrın 10-da Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start veriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, bəstəkarı Səyavuş Kərimi, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada əsas polları Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva ifa edəcək.
Dramaturqun bu pyesi ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktlər üzərində qurulub. Tamaşanın premyerası noyabrın sonunda olacaq.