Tahir Salahov “Əsrlərin qovşağında”
29 oktyabr 2013 12:34 (UTC +04:00)

Tahir Salahov “Əsrlərin qovşağında”

Təhsil Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ölkəmizin müxtəlif universitetlərində oxuyan 1000 tələbə xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Əsrlərin qovşağında” adlı fərdi sərgisində iştirak edəcək. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Tələbələrin sərgi ilə tanışlığına artıq start verilib.

Təhsil Nazirliyi tələbələrin yüksək estetik və fəlsəfi-bədii zövqünün formalaşmasına ciddi təsir göstərən bu cür təşəbbüsləri gələcəkdə daha da çoxaldacaq.

Sərgidə rəssamın  son illərdə çəkdiyi 100-dən çox əsəri nümayiş olunur.

Qeyd edək ki, ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış sərgi noyabrın 6-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1208

Oxşar yazılar