Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə universitetin rektoru Roman Vaskonun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Taras Şevçenko adına muzeyin şöbə müdiri Olqa Kosiçka, filologiya elmləri doktoru, professor, Kiyev Milli Linqivistika Universitetində azərbaycan dili və ədəbiyyatı mərkəzinin müdiri Rafiq Novruzov və digər elm xadimlərinin məruzələri dinləniləcək.
Tədbirin sonunda Kiyev Milli Linqivistika Universitetinin tələbələri T.Şevçenkonun şerlərini azərbaycan dilində söyləyəcəklər. Ukraynanın aparıcı dövlət xəbər agentliyi olan “ukrinform” bununla əlaqədar Azərbaycan səfirliyinin məlumat proqramını press-relis bölməsində yerləşdirib.