Səfir: ”Nizami Gəncəvi məsələsində razılığa gəlinməlidir”
04 sentyabr 2013 13:33 (UTC +04:00)

Səfir: ”Nizami Gəncəvi məsələsində razılığa gəlinməlidir”

“Nizami Gəncəvi İranla Azərbaycan xalqı daxil olmaqla bəşəriyyətin ortaq mədəniyyət mirasıdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.


 

Onun sözlərinə görə, Nizami Gəncəvi hər iki xalqın dostluq mövzusudur və ixtilaf məsələsinə çevrilməməlidir: “İranla Azərbaycanın bu ortaq mədəniyyət simvolunun qorunması üçün ortaq bir nöqtədə razılaşması lazımdır”.

 

Qeyd edək ki, Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin məqbərəsində fars dilindəki kitabələrin qaldırılaraq Azərbaycan dilindəki kitabələrlə əvəzlənməsi İranda narazılıqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890
avatar

Oxşar yazılar