Bu gün KİV-də xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanın səhhətinin pisləşməsi barədə məlumatlar yayılıb. Bəstəkarın bacısı Rəfiqə xanım Lent.az-a bildirib ki, tanınmış sənətkar evdə müalicə olunur: “Qarşıdan yaz gəlir. Biz də çalışırıq ki, yaz qabağı müalicə etdirək, dözümlülüyü artsın, şəkəri, təzyiqi var. Evdə müalicə etdiririk. Şikayəti ürəyindəndi”.
Xalq artistinin bacısı Şəfiqə Axundovanın həyatı üçün hər hansı təhlükənin olmadığını da bildirib.