Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb
22 may 2018 15:36 (UTC +04:00)

Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb

 Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Altın Göl mükafatına layiq görülüb. 

Lent.az-ın xəbərinə görə, Anadolu Basın Birliyi tərəfindən təşkil edilən tədbirdə mükafatı millət vəkili Qənirə Paşayevaya Anadolu Basın Birliyi Vat bölməsi başqanı Ayhan Yazıq və Van Böyükşəhər baş katibi Mustafa Yalçın təqdim edib.

Təqdimat zamanı millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Türk dünyasına göstərdiyi xidmətlərdən, Türk  mədəniyyəti, ədəbiyyatı, sənətinə  xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən, Türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, Türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müdafiəsi istiqamətində addıımlarından dolayı bu mükafata layiq görüldüyü bildirilib.

Türkiyənin və Türk dünyasının bir sıra rəsmi şəxsləri,  yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif  bölgələrindən gəlmiş aydınların iştirakı ilə keçirilən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva deyib ki, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydın qadınlarını  rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. 

Qənirə Paşayeva çıxışıında “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə nə qədər güclənərsə, bu, Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin və bütün türk dünyasının gücüdür” - deyib. 

Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək  Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş  torpaqlarının da işğaldan azad ediləcəyini bildirib:

 “Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl festivalları işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771

Oxşar yazılar

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38