Qara Dərviş ölkədən birdəfəlik gedir
11 sentyabr 2013 19:06 (UTC +04:00)

Qara Dərviş ölkədən birdəfəlik gedir

Azərbaycanın gənc rok ifaçılarından olan, Qara Dərviş adı ilə tanıdığımız Hikmət Poladzadə Azərbaycanı tərk edir.  Bu barədə 7/24news-a müsahibə verən rokerin özü bildirib. Sentyabrın 12-də İstanbula gedəcəyini bildirən Hikmət Poladzadə, ölkəni həmişəlik tərk edəcəyini deyib. Uzun müddətdir bu barədə fikirləşdiyini deyən roker, getməyinin əsas səbəbini incəsənətlə bağlı kariyerasını xaricdə inkişaf etdirmək və eyni zamanda səs mühəndisliyi və bəstəkarlıq sahəsində də ixtisas artırmaq olduğunu bildirib. Lakin həmişəlik ölkəni tərk etməsinin səbəblərinin bununla bitmədiyini sözlərinə əlavə edib: “Azərbaycanda yaşamaq mənim üçün deyil. Çünki mənim psixologiyada insanlar narahat olurlar burada. Mənə Avropa və okeanın digər hissəsi daha çox uyğundu. Çünki mən hislərlə yaşayan insanam, bizim cəmiyyətsə hələ buna hazır deyil. Cəmiyyəti tək başıma dəyişə bilməyəcəyimə görə də, ən azından özümü buradan uzaqlaşdıra bilərəm”.

Ölkədən getməsinə baxmayaraq Hikmət Poladzadə Azərbaycanla əlaqələrini tam kəsməyəcəyini, yaxın vaxtlarda bir sıra layihələr həyata keçirəcəyini bildirib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122
avatar

Oxşar yazılar