Prezident İlham Əliyev xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş xalq artisti Barat Şəkinskayanın yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bunun üçün prezident Nazirlər Kabinetinə tapşırıb ki, Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Qeyd edək ki, Barat Şəkinskaya Azərbaycanın zəngin mədəniyyət xəzinəsində layiqli yer tutan rəngarəng xarakterli obrazlar qalereyası yaradıb, milli teatr tarixində azərbaycanlı qadın aktyor obrazını formalaşdıran ilk sənətkarlardandır.