“Klassiklər” seriyasında bu dəfə Azərbaycan yazarının əsəri nəşr edilib”. Bunu Lent.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib. Onun sözlərinə görə, “Qanun” nəşriyyatı tərəfindən “klassiklər” seriyasında Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı çap olunub.
Qeyd edək ki, “Qılınc və qələm” romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılıb. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb.