“Zirvə” mükafatının təqdim olunma mərasimi keçiriləcək. “Kulis”in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mərasim martın 10-u Milli Teatr Günü baş tutacaq.
Mükafat milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə nazirlik tərəfindən təsis edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli sərəncam imzalayıb. Bununla əlaqədar hər il martın 10-da Milli Teatr Günü ölkədə rəsmi surətdə qeyd edilir.