“Rasim Salmanov Dövlət Film Fonduna direktor təyin olunub”. Bunu Lent.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirib. Onun sözlərinə görə, Fonda rəhbərlik etmiş Cəmil Quliyev İTV-yə baş direktor təyin edildiyindən, o, Fond rəhbərliyindən uzaqlaşdırılıb. İ. Hümbətov bunu aznews-az-a məsələ ilə bağlı yayılmış məlumata münasibət bildirərkən deyib.
Mətbuat katibi C. Quliyevin Fonda direktor müavini təyin edilməsi ilə bağlı xəbəri də təkzib edib.
Qeyd edək ki, C. Quliyev 2006-cı ildən Azərbaycan Dövlət Film Fondunun direktoru işləyib və hazırda İTV-yə rəhbərlik edir.