Naxçıvanda M.Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
02 aprel 2014 21:33 (UTC +04:00)

Naxçıvanda M.Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Azərbaycan istiqlal mücadiləsinin görkəmli xadimi” adlı elmi konfrans keçirilib.

 

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, elmi konfrans prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən keçirilir.

 

Akademik İsmayıl Hacıyev M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və Milli Şuranın sədri kimi tarixi fəaliyyətindən, onun mühacirətdə belə Azərbaycanın istiqlalı uğrunda mübarizəsindən bəhs edib. Vurğulanıb ki, o, dünyanın 10 ölkəsində yaşayıb, 2000-ə qədər siyasi-publisistik məqalənin müəllifi olub və bütün şüurlu fəaliyyətini Azərbaycan məfkurəsinə həsr edib.

 

Elmi konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin “Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyəti”, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilovun “Məhəmməd Əmin Rəsulzadənin ədəbi irsi” mövzularında elmi məruzələri dinlənilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar