Prezident İlham Əliyev Natəvan Şüa qızı Seyidzadəyə prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” fərmana əsasən, N. Seyidzadəyə incəsənətin inkişafında və təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.