Aprelin 10-da Akademik Milli Dram Teatrında aktyor Mustafa Mərdanovun 120 illik yubileyi qeyd olunacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək yubiley tədbirində aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, eləcə də onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaq.
Qeyd edək ki, Mustafa Həşım oğlu Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Uşaqkən ailələri Tiflisə köçüb, 1924-cü ilə qədər burada yaşayıb. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirək Bakıya gəlib və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirib.