Musiqiçilərimiz beynəlxalq festivalda mükafat qazandı
13 noyabr 2015 22:09 (UTC +04:00)

Musiqiçilərimiz beynəlxalq festivalda mükafat qazandı

0

Macarıstanda “Renessans Gizil Payiz bəynəlxalg musiqi və Incəsənət  festivali” keçirilib.

 

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanı festivalda Dövlət Mədəniyyət İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin instrumental ifaçılıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sabina Mehdiyevanın rəhbərlik etdiyi qrup təmsil edib. Balatonfüred şəhərində keçirilmiş festivalda 10-dan artıq ölkənin - İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak edib.

 

Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib. Azərbaycanı təmsil edən Maqsudova Qəmərtac - Gran Pri mükafatına layiq görülüb,  Məmmədzadə Əsmər və Kərimova Könül fortepianoda 1-ci, Cəfərov Babək, Ağasıyeva Şahidə, Qasımlı Nərmin, Səmədli Jalə, Hacıyev Emil və Mansurova Humay isə fortepianoda 2-ci və 3-cü yerləri tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar