Müasir İncəsənət Mərkəzində sərgi keçirilib
07 noyabr 2013 22:06 (UTC +04:00)

Müasir İncəsənət Mərkəzində sərgi keçirilib

Müasir İncəsənət Mərkəzində Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Yunis Əmrə Mədəniyyət Mərkəzinin və "Nərgiz" jurnalının dəstəyi ilə Əbru, Xətt sənəti və Miniatür əsərlərindən ibarət sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun sərginin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafı baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, iki ölkə arasındakı mədəni əlaqələrin kökü qədimdir və sərgidə nümayiş olunan əsərlər Əbru, Xətt sənəti və Miniatürün ən qiymətli nümunələrindəndir. Sərgidə Firdovsi Çalkanoğlu və Əsgər Seyraninin "Qərənfil çiçəyi və quş forması" xətt sənəti, Aslan İsgəndərin "Çobanyastığı" əbru 999 əyar qızıl ilə işlənmiş naxış nümunələri və başqa sənət əsərləri təqdim olunub.

 

Sərgidən sonra Azərbaycanın xalq artisti Canəli Əkbərov muğam konseri ilə çıxış edib. Səfir Canəli Əsgərova mükafat təqdim edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar