Mətbuat Şurası "Göyəzən" qəzetini təbrik edib
11 aprel 2017 18:19 (UTC +04:00)

Mətbuat Şurası "Göyəzən" qəzetini təbrik edib

Qazaxın məşhur “Göyəzən” qəzetinin 85 yaşı tamam olur. Mətbuat Şurası da öz növbəsində “Göyəzən” qəzetini 85 illik yubiley münasibətilə təbrik edib.

 

MŞ-dan Lent.az-a verilən məlumata görə, təbrikdə belə deyilir:

 

 “Qazaxın məşhur “Göyəzən” qəzetinin 85 yaşı tamam olub. Bu münasibət ilə bölgə mətbuatı ənənələrini yaşadan, 85 illik varlığı ilə özü də şanlı ənənə yaradan nəşrin rəhbərliyini və kollektivini təbrik edirik.

“Göyəzən” həqiqətən də ənənədir. Onun səhifələrində kimlərin imzasına rast gəlinməyib ki? Azərbaycanın sənət dünyasının Hüseyn Arif, Məmməd İsmayıl, Nəriman Həsənzadə və digər görkəmli nümayəndələri məhz yubilyar nəşrin səhifələrində oxucularla görüşə gəliblər. Bu mənada “Göyəzən”in təkcə Qazaxın deyil, eyni zamanda bütövlükdə Azərbaycanın ictimai mühitinin zənginləşməsində, jurnalistikasının inkişafında müstəsna xidmətlərinin olduğunu qətiyyətlə söyləyə bilərik.

Müxtəlif illərdə “Kommuna yolu”, “Qalibiyyət bayrağı” adı ilə fəaliyyət göstərmiş “Göyəzən” qəzeti hazırda bölgə mətbuatımızın fəxarət duyulacaq peşəkar nümunələrindəndir. Belə bir yüksək statusun əldə edilməsi gərgin əməyin nəticəsi olmaqla yanaşı, ənənələrə sadiqliyin də bariz göstəricisidir. Yubilyar qəzetin ziyalılıq dəst-xəttinin davamlı olacağı şübhəsizdir.

“Göyəzən” qəzetinin 85 illik fəaliyyəti müddətində əldə etdiyi uğurlar, qazandığı ictimai mövqe onun daha böyük rəqəmli əlamətdar tarixlərini qeyd etmək üçün əminlik yaradır. Azərbaycan Mətbuat Şurası bir daha yubilyar nəşri təbrik edir, fədakar kollektivinin hər bir üzvünə ən xoş arzularını çatdırmaqdan məmnunluq duyur.

85 yaşınız mübarək, əziz həmkarlar!”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Oxşar yazılar