Məşhur müğənni Bakıda konsert verib
21 iyul 2014 11:41 (UTC +04:00)

Məşhur müğənni Bakıda konsert verib

İyulun 20-də Beynəlxalq Muğam Mərkəzində İtaliyanın “qızıl səsi” Robertino Lorettinin konserti olub. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, konsert proqramında dünya şöhrətli musiqiçi “Romantica”, “O sole mio”, “Santa Lucia” və s. populyar musiqiləri ilə yanaşı ən son hitlərini də səsləndirib.

 

Tədbirdə Robertino Loretti ilə birlikdə azərbaycanlı gənc vokalçı Emin Eminzadə də çıxış edib. O, R.Lorettinin repertuarından məşhur “Besame Mucho” mahnısını oxuyub.


Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar