Britaniya küçə rəssamı Benksi Qəzza zolağının dağılmış binasına pişik rəsmi çəkib. “Kulis”in xarici mətbuata istinadən verdiyi məlumatına görə layihənin videosunu yayan Benski pişiyi ona görə çəkib ki, indi internet istifadəçilərini daha çox bu heyvan fotoları maraqlandırır.
Layihənin videosunda Benksi deyir: “Bu pişik hamıya deyir ki, onun həyatında sevinc çatmır. O oynamağa nəsə tapmır və bunun üçün dəmir çubuqdan hörülmüş yumaq düzəldib. Bəs uşaqlar necə olsun?”.
Məşhur qraffiti ustası pişik şəklindən başqa uşaqların əyləndiyini göstərən karusellər çəkib. Bunun əks olunduğu videoda ironiya ilə üç tərəfi beton divarla, dördüncü tərəfi isə hərbi gəmilərin olduğu dənizlə əhatələnmiş Qəzza zolağındakı yeni “cəlbedici” turizm istiqamətindən danışılır.
Videonun sonunda Qəzzadakı divarda bu yazı görünür: “Güclülər və zəiflər arasındakı konfliktdə əlimizi yuyarkən biz kənarda qalmırıq, biz bununla güclüləri dəstəkləyirik”.