Türkiyənin İstanbul şəhərində “Qanlı Yanvar” filminin qala gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, qala gecəsində Mahsum Qırmızıgül, Azəri qızı Günel, millət vəkili Qənirə Paşayeva, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Məsimov, eləcə də türkiyəli müğənni və aktyorlar iştirak ediblər.
İtaliyanın məşhur sənətçisi Allessandro Safinanın tədbirə qatılaraq "Enbe" orkestrinin müşaiyəti ilə "Sarı Gəlin" mahnısını ifa etməsi tədbirə əlavə rəng qatıb.
Qeyd edək ki, "Qanlı Yanvar" filminin ssenari müəllifi ANS-in prezidenti Vahid Mustafayevdir.