
Məşhur caz qrupu Bakıda
Vyetnamın məşhur caz qrupu “Nguyen Manh and Jazz Glory” 14-cü Bakı Caz Festivalında çıxış edəcək.
Lent.az-ın məlumatına görə, 2017-ci ildə Vyetnam Milli Musiqi Akademiyasının caz fakültəsinin müəllim və tələbələrinin yaratdığı qrup bir neçə beynəlxalq musiqi festivalının iştirakçısı və müsabiqələrin laureatçısıdır. Qrupun rəhbəri Nquyen Man Vyetnam Milli Musiqi Akademiyasında caz fakültəsinin yaradıcısıdır. Qrup Fransa, İsveç, Danimarka, Sinqapur və digər ölkələrdə konsertlər verib. Maraqlı faktlardan biri də odur ki, qrup ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In qarşısında da çıxış edib.
Qeyd edək ki, oktyabrın 18-də işə başlamış Bakı Caz Festivalı çərçivəsində 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı filmlər təqdim ediləcək.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06