Mərhum aktyor Elçin Həmidov yad edildi
02 iyul 2014 16:37 (UTC +04:00)

Mərhum aktyor Elçin Həmidov yad edildi

0


Üç il əvvəl dünyasını dəyişmiş mərhum əməkdar artist Elçin Həmidovun sənət yoldaşları onu yad ediblər. Musiqili Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Musiqili Teatrın bir qrup əməkdaşı mərhum aktyorun  doğum günündə məzarını ziyarət ediblər.

 

 Teatrın truppa müdiri Vidadi Həsənov mərhum aktyor barədə öz xatirələrini yada salıb:

 “Elə indi də qrim otağının qarşısından keçəndə belə elə Elçinin varlığını, sanki səhnəyə hazırlığını hiss edirəm. Konkret bir aktyorun uğurlu oyunu ilə möhürü vurulmuş rollar, obrazlar var ki, bunların təkrarı ancaq yamsılama forması alır. Bu baxımdan Elçin Həmidovu əvəzedilməz sənətkarlar sırasına daxil etmək olar”.
 

Xatırladaq ki, mərhum aktyor E.Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışırdı. O, 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1726

Oxşar yazılar